• Uptodate In Medicine

    Tibbi resurslara dair vahid portal… Ətraflı…

24x7
xidmətlər

Portal vasitəsilə həftənin istənilən günü və günün istənilən saatı təlim kurslarına qeydiyyata düşə, tibbi sənədələrin tərcüməsi və ya redaktəsini sifariş edə, tibbdə yeni texnologiyalara dair məsləhətlər əldə edə bilərsiniz.

Daha ətraflı…

Təlim-tədris

İxtisasınıza və ya maraq dairənizə uyğun olan istənilən tibbi kurslar, təlim və seminarlar, konfrans və simpoziumlara dair məlumat portaldan əldə edilə bilər. Seçdiyiniz tədbirlərə qeydiyyatdan keçə bilər və ödənişli tədbirlərə görə elektron ödənişlər də portal vasitəsilə aparıla bilər.

Daha ətraflı…

Konsyerj xidmətləri

Bizim həkim-mütəxəssislərimiz və həkim-koordinatorlarımız qayğı prosesində yanınızda olmaqla yanaşı, Sizi və ya xəstəlikdən əziyyət çəkən yaxınınızı tibbi səhvlərdən qoruyur, diaqnostika və müalicənin düzgün və ən müasir ABŞ və Avropa standartlarına uyğun aparılmasını təmin edir.

Daha ətraflı…

XOŞ GƏLMİŞSİNİZ!

Azərbaycanda və bütün regionda səhiyyə sənayesi əhəmiyyətli transformasiyaya və tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, istehlakçıların və sığorta şirkətlərinin əhəmiyyətli təsirləri ilə bağlı daha çox şəffaflığın tələb olunduğu islahatlara məruz qalır. Səhiyyə müəssisələri, o cümlədən dövlət və özəl xəstəxanalar, ambulator-poliklinika müəssisələri və laboratoriyalar, həkim və digər tibb işçilərini cəlb etməyə, səhiyyə modellərini qurmağa, yeni elektron səhiyyə və informasiya texnologiyalarını əldə etməyə və yeni maliyyə-ödəniş sistemlərinə yiyələnməyə son dərəcə ehtiyac duyurlar.

Hazırda baş verən transformasiyanın və aparılan islahatların miqyası və gedişatını nəzərə almaqla, Azərbaycanda və bütöv regionda, xəstəxanalar, həkimlər qrupları və sığortaçılar inkişafın önündə olmaqla necə gələcəyə addımlaya bilər?

Uptodate İn Medicine tibbi resurslar portal Sizə səhiyyə sektorunda inkişaf üçün düzgün istiqamətlərin seçilməsi, strateji hədəflərin müəyyən edilməsi və peşəkar inkişafda yardımçı olmağa hazırdır.

Bizim təklif etdiyimiz geniş çeşidli konsaltinq xidmətlərimizlə tanış olmaq üçün internet səhifəmizin müvafiq bölmələrini ziyarət edin.